II Bakı Sammiti çərçivəsində II Plenar iclas keçirilib

Dünya dini liderlərinin II Bakı Sammiti çərçivəsində II Plenar iclas keçirilib. SİA-nın xəbərinə görə, iclasa Vatikan, Dinlərarası Pontifik şurasının İslam ilə dialoq departamentinin sədri Xaled Akaşe moderatorluq edib.

Azərbaycan Respublikasına onlara yaradılan şərəitə görə, təşəkkürünü bildirən Əlcəzairin Xalq Demokratik respublikasının Ali Dini Şurasının sədri Bouabdellah Ghlamallah söyləyib ki, insan ən qədim zamanlardan, müxtəlif dinlərə mənsub olub.

Onun sözlərinə görə, bu mənsubiyyət fikir ayrılığına gətirib çıxarmamalıdır: "Birgə yaşayış, dözümlülülük dinc yaşayış insanların ən başlıca şüarlarından birinə çevrilməlidir. Əslində mədəniyyətlər, sivilizasiyalar o qədər də bir-birindən fərqlənmir. Mənəvi nöqteyi-nəzərdən yanaşsaq dinlər bir-birindən o qədər də fərqlənmir. Onların mahiyyəti Allaha tanımağa yönəlib. Ümumiyyətlə müsəlmanlar öz düşmənlərinə qarşı birləşməlidirlər.
Biz bunu etməklə peyğəmbərin dediklərini həm də əməldə tətbiq etməyi bacarmalıyıq. Allah Quranı Kərimdə buyurur. Allaha iman gətirənlər, əməli saleh olanlar Allah tərəfindən qiymətləndiriləcək. Bizim hamımız Adəmdənik. Biz insanlara öz halal nemətimizdən ruzi verdik".

Əlcəzair nümayəndəsi söyləyib ki, bütün insanlar dünyanın cəmiyyəti sayılır və onlar arasında hər hansı sərhəd ola bilməz: "Lakin son dövrlər biz şəriatin dəyişdiyinin şahidi oluruq. Biz immiqrantların məsələsinə toxunmalıyıq. Onlar mövcud olduğu ölkələrin qayda qanunlarına riayət etməlidirlər. Belə olan halda onlar cəmiyyətlərdə öz yerini tuta bilərlər.

Yaponiyanın Buddizm məktəbinin nümayəndəsi Azuma Aruşin ilk dəfə Azərbaycana 2017-ci ildə gəldiyini dilə gətirib: "Mən Yaponiyada budpərəst keşişlərini təmsil edirəm. Bu, Azərbaycana ikinci səfərimdir. Belə bir maraqlı görüşdə iştirakımıza görə, Prezident İlham Əliyevə və eləcə də tədbir təşkilatçılarına təşəkkür edirəm. Mən İslamla təmaslarımı 2012-ci ildə qurmuşam və onunla bağlı yazı yazdım. Bu mövzüda yazdığım elmi məqalələr geniş şəkildə müzakirə olundu. Azərbaycanın Yaponiyadakı səfiri 2017-ci ildə mənimlə görüşərək burada keçirilən konfransa dəvət etdi. Həmin dövrdən mən bu münasibətləri genişləndirməyə başladım. Hesab edirəm ki, buddizmlə İslam birgə addımlamalıdırlar. Büdpərəstlik öz köklərini Hindistanda salıb daha sonra Şimal, Cənub istiqamətlərə siraəyət edib. Bu gün artıq ABŞ və Avropaya yayılmaqdadır".

Fələstinin dini nümayəndəsi Mahmud Sidqi Alhabaş deyib ki, II Bakı sammitində edilən çıxışların hər birir dialoqa səsləyir: "Deyə bilərəm ki nəzəri cəhətdən mən hər hansı bir mahiyyət etibarı ilə dinlərarasında mahiyyət fərqli müşahidə etmirəm. Ən yaxşı şərt əslində insanların əməkdaşlıq sevgisinə malik olmasıdır. Bəlkə də problem nəzəri cəhətdə deyil, müxtəliflik fikir və əqidələrdə, bəlkə də problem düşüncələrin tətbiqindədir. Çünki bütün səmavi kitablar Allah tərəfindən nazil edilib. Problem onların tətbiqindədir. Heç kim mütləq həqiqətə malik olduğunu iddia edə bilməz. Qurani-Kərim bu həqiqəti üzə çıxarıb. Heç kim Allahı təmsil etməkdə vahid olduğunu iddia edə bilməz. Bəziləri mənəvi məsələlərlə dini məsələləri realışdırmaq prsoseləri arasında fərq yaradır. Bu, çox böyük problemdir. İnsanlar bu yolla nəzəri məsələlərə inamını azaldır. İnsanlar eşitdiklərini həyatda yaşadıqları məsələlər arasında böyük fərq müşahidə edirlər. Fələstin bütün peyğəmbərlərin məkanı, qibləsidir. Lakin bu torpaq əslində sülh içərisində yaşamalı olduğu halda, sülhü itirmiş vəziyyətdədir. İsrailin işğalı altındadır. Biz işğala qarşı çıxırıqsa, bizi heç kim ittiham edə bilməz. Bizdən tələb olunan məsələ din xadimi olaraq səsimizi ucaltmalıyıq. Fələstin xalqa qarşı işğal faktı aradan qaldırılsın. İşğal davam etdikdə bizim heç birimiz sülh nemətindən yararlana bilməyəcəyik".

Mardin və Diyarbəkirin Yepiskopu Lauko Al-Khouri bildirib ki, sammit yüksək səviyyədə təşkil olunmaqla yanaşı, burada insanlığın problemləri müzakirə olunur: "Biz ötən gün burada maraqlı və qiymətli çıxışların şahidi olduq. Düşünürük ki, bu sammit digərlərindən daha fərqli olacaq. Sonunda qəbul edilən bəynnamədə bütün məsələlər öz əksini tapacaq. Əgər biz dünyada sülh toxumlarını yaymaq istəyiriksə, o zaman insanlıq uğurunda yaxşı əməllərimizi davam etdirməkdən və priinsiplərimizdən əl çəkməməliyik. Bilirsiniz ki, hazırda Yaxın Şərqdə bəzi pis hadisələri, ölüm hadisələri, dağıntılar baş verir. Nə qədər ki, Qüds, Fələstin, Suriyada problemlər var, biz gücümüzü birləşdirməliyik. Bu düşmənçiliklər mənfi hadisələrə gətirib çıxarır. Xüsusilə də uşaq ölümü dini baxımdan çox günahdır. Tanrıya dua edərək Yaxın Şərqdə baş verən ölüm və qətl hadisələrinin qarşısının alınmasını istəməliyik".

İclas çıxışlarla davam edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə