"Özbəkistan və Azərbaycan xaqları bütün sahədə əməkdaşlıq edirlər" Osman xan Alimov

"Eyni kökə malik olan Özbəkistan və Azərbaycan xaqları bütün sahədə əməkdaşlıq edirlər". SİA-nın xəbərinə görə, bunu Özbəkistan müftüsü Osman xan Alimov Dünya dini liderlərin II Bakı Sammitinin II plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, hər iki ölkənin dini xadimləridə əməkdaşlıq və dostluq sahəsində də tez-tez görüşüb müzakirlər aparırlar.

Özbəkistan müftüsü Osman xan Alimov Şeyxülislam 70 illik yubleyi münasibəti ilə təbrik edib.

Daha sonra çıxış edən Avropa Yəhudi Konqresinin sədri Ravin İzhaq Dayan qeyd edib ki, bütün dini kitablarda görünür ki, insanlar Nuh Peyğəmbərin dövründən ayrılmağa başladı: "Bütün insanların kökü Adəm peyğəmbərlə bağlıdır. Bu səbəbdən yer üzündə yaşayan bütün insanları bir ailə üzvü hesab etmək olar. Bu gün fikirlərimiz fərqli olsada bu insanlar arasında ayrılığı və münaqişəyə səbəb olmamalıdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...