"Dinlər bütün bəşəriyyətdə sülhün bərqərar olması üçün səylər göstərməlidir"

"Din xadimləri eyni zamanda bir diplomat, elçidirlər. Elçinin işi kiçik addımlar, işlər görməkdir. Lakin bu elçilərin işlər həmişə sonda sülhlə nəticələndir. Qafaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə də məhz belə adamlardandır". SİA-nın xəbərinə görə, bunu Livanda Xristian – Müsəlman dialoqu üzrə milli komitənin icra katibi Məhəmməd Əl Sammak Dünya dini liderlərinin II Bakı Sammitinin II plenar iclasında Livanda Xristian – Müsəlman dialoqu üzrə milli komitənin icra katibi Məhəmməd Əl Sammak deyib.

O bildirib ki, sülhün dini və etnikliyi yoxdur: "Din bütün insan fərdlərini ötüb keçir. İslamda sülh Allahın adı, xristianlıqda sülhməramlı şəxslərə xeyir dua verilib. Dünya dinləri bütün bəşəriyyətdə sülhün bərqərar olması üçün səylər göstərməlidir. Yaxın Şərqdə baş verən münaqişələr bizə göstərir ki, din heç vaxt öz rühanililiyini itirməməlidir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə