Paşinyan hakimiyyətinə yeni radikal müxalifət

“Çiçəklənən Ermənistan” partiyası radikal müxalifət olmaq qərarı verib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazır.

Qəzet yazır ki, hakimiyyət və “Çiçəklənən Ermənistan” partiyası arasındakı münasibətlərdə son vaxtlardakı sərtlik millət vəkili Qevork Petrosyanın təklif etdiyi qanundan da daha dərin səbəblərdən qaynaqlanır.

Nəşrin məlumatına görə, “Çiçəklənən Ermənistan” partiyası radikal müxalifət olmaq üçün xaricdən göstəriş də alıb. Əldə edilən məlumata əsasən, xüsusilə Rusiyadan Nikol Paşinyana dəstək verməyə imkan yaradılmayacağı bildirilib və hətta əminlik yaradılıb.

Həmçinin qeyd olunur ki, indi Rusiya üçün Ermənistanda güclü müxalifət lazımdır. Bu xəbərdarlıqlardan sonra “Çiçəklənən Ermənistan” partiyası mövqeyini sərtləşdirib. Bunun ilk təzahürünü bir gün öncə, parlament sədrinin Təhlükəsizlik Şurasının iclaslarında iştirakla bağlı layihəsi yekdilliklə uğursuz olduqda gördük. Bundan əlavə, onların hökumətin 2020-ci il üçün təqdim etdiyi büdcə layihəsinə qarşı səs verəcəklərini də söyləməkdən çəkinmədikləri təsdiq edir ki, artıq hakim partiyaya, Paşinyan hakimiyyətinə qarşı radikal müxalif mövqe tutduqları qərarlaşdırılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə