Bu gün Tbilisidə etiraz aksiyası davam etdiriləcək

Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında etiraz aksiyası bu gün saat 19:00-da bərpa olunacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ötəngünkü aksiyanın bir qrup iştirakçısı gecəni parlamentin binası qarşısında, Rustaveli prospektində qurulan çadırlarda keçirib.

Mərkəzi prospekt avtomobillərin hərəkəti üçün bağlanıb. Polis əməkdaşları ərazidə ictimai asayişə nəzarət edirlər. Aksiyaçılar ötən gün Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidi nəzərdə tutan qanun layihəsinin yetərli səs toplamamasına etiraz edirlər. Onların əsas tələbi ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildiriblər. Aksiyanı parlamentdə təmsil olunan və olunmayan müxalifət partiyalarının liderləri və tərəfdarları da dəstəkləyir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə