II Bakı Sammiti işini davam etdirir

Dünya dini liderlərinin II Bakı Sammiti bu gün işini davam etdirir. SİA-nın xəbərinə görə, sammitin ikinci günüdə multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu; Şeyxülislam A.Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi; Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofibiya əleyhinə; Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti mövzuları ətrafında müzakirələr davam etdiriləcək.

Bu gün sammitin yekunlarına dair Bakı Bəyannaməsinin də qəbulu nəzərdə tutulur.

Qeyd edək ki, Zirvə görüşündə müxtəlif dini konfessiya və təriqət liderlərinin, müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimlərinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə