YAP Zaqatala rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb

Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatı dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində YAP tərəfindən irəli sürülmüş namizədlərin imzatoplama kampaniyasını uğurla başa çatdırıb. Rayon təşkilatından verilən məlumata görə, rayon təşkilatı işini partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun şəkildə qurub. Ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə böyük ruh yüksəkliyi ilə hazırlaşan YAP Zaqatala rayon təşkilatı tərəfindən bələdiyyə seçkilərində 23 bələdiyyə üzrə 233 nəfər partiya üzvünün namizədliyi qeydə alınaraq, namizədlik vəsiqələri təqdim olunmuşdur.
Qeyd edək ki, YAP Zaqatala rayon təşkilatında partiya fəallarının iştirakı ilə treninqlər keçirilib və imza vərəqələrinin doldurulma qaydaları barədə müvafiq izahatlar verilib. Bələdiyyə üzvlüyünə namizədlikləri irəli sürülən YAP üzvləri ilə fərdi söhbətlər aparılmış, Yeni Azərbaycan Partiyasının tapşırıq və tövsiyələri onların nəzərinə çatdırılmışdır.
Hazırda rayon təşkilatında seçkilərdə irəli sürüləcək namizədlərin təşviqatının keçirilməsi məqsədilə hazırlıq işləri davam etdirilməkdədir.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...