Fransadan Ermənistandakı tələbə hərəkatına dəstək

Fransada erməni əsilli gənclər Araik Arutyunyanı etiraz mitinqi ilə qarşılayıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlan məlumata istinadən xəbər verir ki, Fransadakı "Daşnaksütyun" gənclər təşkilatının nümayəndələri, təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan ilə görüşərək, əllərində istefasını tələb edən şüarlar yazılmış plakatlar tutublar.

Məlumatda qeyd olunur ki, Fransadan olan erməni gənclər də təxminən bir həftə əvvəl Ermənistanda baş verən tələbə hərəkatına dəstək ifadə ediblər.

Xatırladaq ki, artıq bir həftədir ki, İrəvanda tələbə etirazları davam edir. Baxmayaraq ki, baş nazir Nikol Paşinyan naziri dəstəkləyir, amma tələbələr təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyanın vəzifəsinə uyğun olmadığı üçün istefasını tələb etdiklərini bəyan edirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə