"Ölkəmiz dini harmoniyanın mərkəzi kimi özünü təsdiq edib" Mübariz Qurbanlı

"Dünya dini liderlərinin II Bakı sammiti bir daha birgə yaşayışın nümayişi üçün növbəti imkandır. Ölkəmizin siyasi tarixində dini inanc baxımından qarşıdurma və təqiblərlə bağlı utancverici səhifələr yoxdur. Ölkəmiz dini harmoniyanın mərkəzi kimi özünü təsdiq edib". SİA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Dünya Dini Liderlərinin II Bakı Sammitində pplenar iclasda çıxış edərkən deyib.

O bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt, Şeyxülislam Allahşükür Paşazadənin bu istiqamətdə tutuduğu mövqe çox böyük əhəmiyyət kəsb edib: "Prezident İlham Əliyevin Şeyx həzrətlərinin 70 illik yubileyi və fəaliyyətinin 40 illi ilə bağlı sərəncamı onun bütün həyatı boyu milli həmrəyliyin bərqərar olunması istiqamətində səmərəli fəaliyyəti, ölkə həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəaliyyətinə verilən qiymətin göstəricisidir".

Onun sözlərinə görə, insanlar dinindən asılı olmayarq bir planetdə yaşamağa məhkumdurlar: "Təcrübə göstərir ki, qlobal dünyada multikulturalizmin və tolerantllığın alternativi yoxdur. Tarix boyunca Azərbaycan ərazilərində yəhudilik, zərdüştlük, eləcə də İslam dinin olması və bu dinlərə məxsus nümayəndələrinin yaşaması ölkəmizin tolerant olduğunu sübut edir.

M. Qurbanlı qeyd edib ki, Müsəlman Şərqində ilk demokratik ölkə olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkəmizdə xristian, yəhudilər müsəlmanlar, eləcə də digər dinlərə etiqad edən insanların vicdan azadlığı sayəsində bərabərliyə əməl edillib: "Sovet rejiimi Azərbaycanda zaman-zaman dinlər arasında nifaq salmağa çalışsa da, ölkəmizdə müxtəlif dinlərə məxsus insanlar öz adət-ənənələrini, qonşuluq, həmrəylik dostluq münasibətlərini yaşadaraq bu günə gətirib çıxara biliblər. Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi məhz Ulu Öndərin adı ilə bağlıdır. Onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra dövlət-din münasibətləri daha da möhkəmlənib. Bu gün Azərbaycan Prezidenti İlham əliiyevin rəhbərliyi ilə dövlət-din münasibətləri uğurla və sürətlə irəliləyir. Ölkəmizdə Multikulturalizm Mərkəzinin açılması, İlahiyyət institutunun yaradılması mənəvi dəyərlərin qorunması istiqamətində atılan önəmli addımlardandır".

Komitə sədri söyləyib ki, ölkəmizin 96 faizini müsəlmanlar təşkil etsə də, digər dini konfensialar da azad sərbəst şəkildə fəaliyyət göstərir: "Onlara öz dini ayinlərini həyata keçirmək imkanları yaradılıb. Ümummilli lliderin əsasını qoyduğu din siyasəti layiqli şəkildə heydər Əliyev Fondunun prezidenti, Birinci-vitse prezident tərəfindən davam etdirilir. Məscidlərin, kilsələrin sineqoqların tikintisi və ya təmiri məsələsinə xüsusi önəm verilir".

M.Qurbanlı əlavə edib ki, Azərbaycanın 20 faiz torpaqları iğal altında, 1 milyondan çox insan qaçqın və məcburi köçkün düşməsinə baxmayaraq ölkəmizdə heç zaman digər dinlərin nümayəndələrinə qarşı ayrı-seçkilik edilməyib: "Ermənilər tarixi Azərbaycan torpaqlarında toponimləri dəyişmək və oradakı dini abidələri özünküləşdirmək siyasəti həyata keçirir. BMT Təhlükəsizlik Şurası tərəfindən ölkəmizin ərazi bütövlüyü ilə bağlı 4 qətnamə qəbul edilərək, erməni silahlı qüvvələrin işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çxarılması tələb olunsa da, Ermənistan bunu əməl etmir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...