Almaniyada saxlanılanlar radikal müxalifət təmsilçiləridir

Bəlli olduğu kimi, Almaniya Federal Daxili İşlər Nazirliyinin Federal Kriminal Polis əməkdaşları ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərində reydlər keçirib. Keçirilən reydlər və aparılan yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb.

SİA-nın məlumatına görə, Şimali Reyn Vestfaliya əyalətinin Daxili İşlər Nazirliyindən verilən məlumatda o deyilir ki, bu əyalətdə 180-ə yaxın polisin iştirakı ilə ev və iş yerlərinə təşkil edilən basqınlar nəticəsində miqrant alveri ilə məşğul olan şəbəkənin bağlantıları müəyyən olunub. Belə ki, kriminal polisin Düsseldorf, Köln, Frankfurt və Koblenz şəhərlərində keçirdikləri əməliyyatlar nəticəsində azərbaycanlıların da saxlanıldığı bildirilir. Polis məhz onların ilkin ifadələri əsasında azərbaycanlılardan ibarət dəstənin izinə düşüb, digərlərini də saxlayıb. Saxlanılan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı orada çoxlu sayda Azərbaycan Respublikasına aid milli pasport, müxtəlif aid üzvlük vəsiqələri, arayışlar, möhür və ştamplar aşkar olunaraq götürülüb.

Onu da qeyd edək ki, Avropada yaşayan müxalifətyönlü fəal və sosial şəbəkə istifadəçisi Həbib Müntəzir artıq digər şəxslərin də adlarını açıqlayıb. Saxlanılanların hər biri Müsavat partiyasının və s. müxalifət partiyalarının üzvləridirlər. Onların adlarını, bəzilərinin fotolarını və fəaliyyət istiqamətlərini təqdim edirik.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə