Nikol Paşinyan şeytan ovuna çıxıb

Nikol Paşinyan şeytanın silahdaşlarını müəyyənləşdirmək tapşırığı verib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında Milli Təhlükəsizlik Xidmətinə şeytanla bəzi dairələrin əməkdaşlığının forma və yollarını tapmaq tapşırdığı verib.

“Zarafat etmirəm, mən belə bir əmr verdim. Siz gülürsünüz, amma həqiqətən belə bir bəyanat varsa, bu təhlükəsizlik məsələsidir”, deyə Paşinyan bildirib.

Öz növbəsində Milli Təhlükəsizlik Xidməti direktoru vəzifəsini icra edən Eduard Martirosyan da bir neçə gün əvvəl ona belə bir əmr verildiyini təsdiqləyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə