"Azərbaycan Dünya Dini liderlərinin sammitini keçirə biləcək nadir ölkələrdəndir"

"Din insanları barışa dəvət etdiyi üçün müxtəlif ölkələri təmsil edən din rəhbərlərinin bir araya gələrək dünyadakı problemləri müzakirə etməsi çox önəmli və əhəmiyyətlidir". SİA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Dünya Dini liderlərinin II Bakı Sammiti ilə bağlı fikirlərini bölüşərkən deyib.

O bildirib ki, II Bakı sammitinin digər özəlliyi Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin 70 illik yubileyi, eləcə də fəaliyyətinin 40 illiyini, Azərbaycana etdiyi xidmətini qeyd etməkdən ibarətdir: "Şeyxülislam həzrətlərinə Allahdan can sağlığı, uzun ömür, fəaliyyətinin davamlı olmasını arzu edirəm".

B.Ərdoğan söyləyib ki, Azərbaycan Dünya Dini liderlərinin sammitini keçirə biləcək nadir ölkələrdən biridir. Hesab edirəm ki, belə bir tədbiri keçirməklə Azərbaycan dünya sülh, barış prosesinə töhfə vermiş olacaq. Bu tədbirin yüksək şəkildə təşkilatçılığını və Prezident İlham Əliyevin qonaqpərvərliyini yüksək qiymətləndirirəm".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə