Ermənistan büdcəsindən talan olunduğu etiraf edilir

Ermənistanda vəzifəli şəxslərə bonuslar, vəsaitlər ödəyən fondlar ləğv edilir. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan parlamenti müxtəlif dövlət qurumlarının büdcədənkənar fondlarını tənzimləyən qanunlara düzəlişlər qəbul edib və buna əsasən müxtəlif idarələrin büdcədənkənar fondları ləğv ediləcək.

Bu günə qədər vəsaitlərdən bu strukturların işçilərinə bonuslar ödənilib və digər fəaliyyətlər də maliyyələşdirilib. İndi isə vəsait dövlət büdcəsinə yönəldiləcək və oradan bonus ödənişləri də daxil olmaqla maliyyələşmə təmin ediləcək.

Göründüyü kimi Ermənistanda qeyri-şəffaf şəkildə ödənişlərin olduğu müşahidə edilir və bu da hazırki hakimiyyət tərəfindən, özü də parlamentin dili ilə etiraf edilir. Söhbət 30.5 milyard dramdan, yəni təqribən 64 milyon dollardan gedir ki, bu vəsaitlər talançılıqla mənimsənilib. Yeni qanun qəbul edilməsi ilə Ermənistan hakimiyyəti bu talanın, özü də vəzifəli şəxslər tərəfindən reallaşdırılan talanın qarşısını almağa çalışır. Deməli, həm də etiraf edir ki, Ermənistanda büdcədən talan və talançılıq mövcuddur və indi onun qarşısının alınması barədə qərara gəlinib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...