Ermənilərin "soyqırımı" arzuları ürəyində qaldı

ABŞ senatoru erməni soyqırımı ilə bağlı qətnaməni bloklayıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ağ Evdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra ABŞ-ın Respublikaçılar Partiyasının üzvü Lindsi Qrem Erməni Soyqırımının tanınması ilə bağlı qətnaməyə veto qoyub.

“Mən yalnız Ərdoğan və Trump ilə görüşdüm. Ümid edirəm ki, Ermənistan və Türkiyə birlikdə bu problemi həll edə biləcəklər", deyə Lindsi Qrem bildirib. O, əlavə edib ki, senatorlar tarixə zərbə vurmasınlar və ya yenidən yazmasınlar.

Məlumatda qeyd olunur ki, senatorun bu qərarı Amerika Erməni Milli Komitəsinin (ANCA) yuxusunu ərşə çəkib. ANCA Lindsi Qremin öz mövqeyini bildirmək əvəzinə 99 həmkarını erməni soyqırımına səs vermək hüququndan məhrum etdiyindən də heç razı qalmayıb və həddindən artıq narahat olduğunu da gizlətməyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə