“Unutmayın ki, sizi hakimiyyətə kimlər gətirib” Erməni tələbələr

Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyaları bu gün də davam edib. SİA erməni mətbuatına istinadən xəbər verir ki, xüsusilə gənclərin iştirak etdiyi aksiyada təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutunyanın istefası tələb olunur.

“Sizin tərəfinizdən “bu, dar çərçivəli qrup tərəfindən edilən tələbdir və sadəcə dağıdıldı ” kimi irəli sürülən tezisiniz heç bir məntiqə sığmır”, deyə bəyan edən tələbələr bir daha bildiriblər ki, onlar nazirin istefasını əldə edəcəklər. Onlar binanın qarşısına simvolik kreslo da gətiriblər.

“Gözlərinizi açın, siz vəziyyətə nəzarət edə bilmirsiniz. Araik Arutunyan, görünür unutmusunuz ki, sizi hakimiyyətə kim gətirib və onu da unutmusunuz ki, sizi hakimiyyətdən kim uzaqlaşdıra bilər. Siz öz kreslonuzdan yapışmaq fikrində olmadığınızı deməklə yalan danışırsınız”, etiraz aksiyasındakı iştirakçılardan biri deyib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə