Ermənilərin qorxusu xarici işlər nazirinin fikirlərində öz əksini tapır

KTMT üzvünün Azərbaycana silah satmasını Ermənistan biznes hesab etmir. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Zoqrab Mnasakanyan ölkə parlamentindəki bir hökumət saatında bildirib.

Məlumatda qeyd olunur ki, xarici işlər nazirinin sözlərinə görə KTMT üzvü olan dövlətlər tərəfindən Azərbaycana silah satışını Ermənistan biznes saymır.

“Bizim mövqeyimiz bəllidir və Ermənistan bunu, yəni Azərbaycana silah satışını bir biznes kimi qəbul etmir. Bu, erməni xalqına qarşı yönəldilən bir silahdır və əlbəttə ki, bu məsələyə həssaslıq da çox yüksəkdir", deyə Zoqrab Mnasakanyan qorxusunu gizlətməyib.

Zoqrab Mnasakanyan onu da qeyd edib ki, KTMT üzvləri tərəfindən Azərbaycana silah satışı məsələsi həm parlament, həm də hökumət səviyyəsində daim müzakirə gündəmindədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...