Ermənistan qazın qiymətinin artmasından qorxuya düşüb

Ermənistanda qazın qiyməti bir müddətdən sonra mütləq artacaq. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan, Rusiya parlamenti ilə hökumət parlamentində bir saatlıq qaz qiymətləri ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyətini şərh edərkən deyib.

Ermənistanın baş nazirinin müavini vurğulayıb ki, eyni zamanda qazın daxili qiyməti ən azı üç komponentdən, sərhəddə tədarük olunan qazdan, Qazprom-Ermənistan investisiya həcmindən və cari xərclərdən asılıdır və bunu da nəzərə almaq lazımdır. Baş nazirin müavini xüsusilə vurğulayıb ki, məhz buna görə də bu məsələ hər zaman danışıqlar masasında olmalıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...