Paşinyan daxili auditoriyanı aldatmaqla məşğuldur

Paşinyan Ermənistan-Rusiya münasibətlərinin yeni səviyyəyə çatdığı barədə yenə də populist çıxışlar edir və bu çıxışlar, yalançı iddialar kütləni aldatmaq üçün daxili auditoriyaya yönəlib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu yalançı fikirləri Paşinyan parlamentdəki hökumət saatı zamanı bildirib. Qısa şəkildə desək, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Rusiya münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə çatdığı barədə yalana, populizmə əl atıb.

Məlumatda qeyd olunur ki, o, 2018-ci ildə ölkədə məxməri inqilabdan sonra Ermənistan-Rusiya münasibətlərinin bütün sahələrinə aid Rusiya tərəfinin bir çox suallarının olduğunu da etiraf edib. Ermənistanın baş naziri son bir il yarım ərzində Rusiya lideri ilə təmaslarının həmin suallara cavab tapmağa imkan yaratdığını deyərək daxili auditoriyanı aldatmağa çalışıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə