Ermənistan hökumətinin 2020-ci il büdcəsi inqlabi hesab olunmur

2020-ci il büdcə layihəsi heç də inqilabi deyil. SİA Ermənistana məxsus aysor.am satında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə çiçəklənən Ermənistan partiyasının deputatı Mikael Melkumyan bu gün parlamentdə jurnalistlərə bildirib.
Məlumatda o da qeyd olunub ki, "Çiçəklənən Ermənistan" bu layihənin əleyhinə səs verəcək. Həmçinin vurğulanır ki, "Çiçəklənən Ermənistan" partiyası hökumətin 2020-ci il üçün təqdim etdiyi büdcə layihəsini inqilabi hesab etmir.
"Büdcə heç də inqilabi deyil. Bu büdcə iqtisadi inqilabın vəzifələrini müzakirə etmir. Bu büdcədə göstərilən göstəricilərə görə inqilab dövründə hamımızın qarşımıza qoyduğumuz məqsədlərə çata bilmərik", deyə Mikael Melkumyan, qeyd edib.
Mikael Melkumyan bəyan edib ki, dövlətin və xalqın maraqlarına xidmət etmədiyi üçün "Çiçəklənən Ermənistan" partiyası təklif olunan dövlət büdcəsi layihəsinin əleyhinə səs verəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə