Emin Həsənli: “Sifariş olmasa, müxalifət hərəkət etməz” RƏY-ÖZƏL

"Bu gün heç kəsə sirr deyil ki, xaricidə bəzi qüvvələr var ki, həmin qüvvələr Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaq istəyir". Bunu SİA-ya açıqlamasında TOHGMİB-nın sədri Emin Həsənli deyib. Onun sözlərinə görə, xarici məkrli qüvvələr öz çirkin məqsədlərinə çatmaqdan ötrü daxildəki erməni xislətli müxalif qüvvələrdən bir vasitə kimi istifadə etməyə çalışırlar: "Yəni AXCP-nin ardınca Müsavat partiyası da icazəsiz aksiya keçirtməklə ölkədə ictimai siyasi sabitliyi pozmağa cəhd etməsi, xarici sifarişin məhsuludur. Çünki, sifariş olmasa, müxalifət hərəkət etməz. Bu gün müxalifət düşərgəsini təmsil edən şəxslərin özləri də çox yaxşı bilirlər ki, onlar tərəfindən keçirilən bu cür aksiyaların heç bir nəticəsi olmayacaqdır. Çünki xalq artıq müxalifətin yersiz hərəkətlərindən yorulub və atılan bu cür addımları da pisləyir. Yaxşı olardı ki, müxalifət bu cür yersiz hərəkətlərindən əl çəksinlər. Əks təqdirdə bu onların özləri üçün pis olacaqdır".

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...