Sanksiyaların Ermənistana tətbiqi yük daşınmalarında da özünü biruzə verir

Yük daşıyıcıları Ermənistanda göstərilən xidmətlərin qiymətini qaldırır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə gündəlik "Joxovurd" qəzeti yazır.
Qəzet yazır ki, Ermənistanda yük daşımaları şirkətləri göstərilən xidmətlərin qiymətlərini artırıblar. Xüsusilə Moskvadan İrəvana malların idxalı qiymətləri artıb və bunun nəticəsində bir neçə ay əvvəl Ermənistana sifariş verilmiş malları gətirə bilməyən sahibkarlar var.
Rusiyada ağac istehsalı ilə məşğul olan bir şirkətin nümayəndəsi Marina Akobyan nəşrə verdiyi müsahibədə bir ay əvvəl odun sifariş verən sahibkarların onu Ermənistana daşıya bilmədiklərini söyləyib. Moskvadan İrəvana ağac daşınması üçün keçmişdə 2500-2800 dollar ödənildiyi halda indi 3500 dollar ödənilməlidir. Ermənistan İqtisadiyyat Nazirliyinin sənayenin inkişafı şöbəsinin müdiri Armen Yeqanyan nəşrə verdiyi müsahibədə əlavə xərclərin qiymət dəyişikliyinin artmasına səbəb olduğunu bəhanə gətirib.
Nəşr, eyni zamanda, Rusiya Federasiyasının Şimali Qafqaz Gömrük İdarəsində, Yuxarı Lars keçid məntəqəsində narazılıqlara və növbələrə də toxunub və bütün bunlarla əlaqədar kadr dəyişikliklərinin gözlənildiyini də gizlətməyib.
Göründüyü kimi Rusiya tərəfindən sanksiyaların Ermənistana tətbiq edildiyi göz qabağındadır və hazırda Ermənistana məxsus mətbuat səhifələrində bu sanksiyaların işğalçı ölkədə acı nəticələri də etiraf olunur. Müvafiq nazirlik rəsmisi bu sanksiyalara don geyindirməyə çalışsa da reallıq göz qabağındadır və bu ölkənin hazırki çətin durumunu inkar etmək mümkünsüzdür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...