"Lavrovun bəyanatı çox təəssüf doğurur" ÖZƏL-MÖVQE

“Rusiya XİN rəhbərinin İrəvandakı mətbuat konfransında faktiki olaraq Ermənistanın Baş nazirinin sözlərini təkrarlaması, Qarabağın yerli əhalisinin əvvəllər danışıqlar masasında olduğunu, sonra isə, Petrosyan tərəfindən sülh danışıqlarında formatın dəyişilməsinin, lakin, indi də danışıqlarda Qarabağ sakinlərinin fikrinin vacib olduğunu dilə gətirməsi üzücüdür”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun sözlərinə görə, Sergey Lavrov milliyətcə ermənidir: “Təbii ki, o ermənilərin hüquqlarını müdafiə edəcək. Onlar o dolaşıqdan çıxmaq istəyirlər. Daha doğrusu bu yolla Qarabağı Azərbaycanın əlindən çıxarmaq istəyirlər. Əgər Lavrovun oradakı bəyanatı Rusiyanın mövqeyidirsə, bu çox təəssüf doğurur. Çünki Rusiya Azərbaycanın strateji tərəfdaşıdır. Rusiya bu ikili standartla Azərbaycana yanaşırsa, bu o deməkdir ki, Azərbaycan öz ərazi bütövlüyünü həll etmək üçün artıq ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə yox, özü ilə danışmalıdır. Yəni onlar bizə ayrı şans tanımaq istəmirlər və tanımırlar da. Onlar kifayət qədər bizi dolaşığa salmaq istəyirlər. Bütün hallarda Lavrovun ixtiyarı yoxdur bu cür bəyanat versin. Bu bəyanat Azərbaycanın ərazi bütövlüyünə zidd olduğuna görə beynəlxalq hüquqa ziddir. Bu məsələ ilə bağlı bizim parlament dünya parlamentinə, BMT-yə müraciət etməlidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...