Tahir Kərimli: "Maliyyə amnistisiyası verilsin"

“2020-ci ilin büdcəsi ümümdünya inkişaf tempinə yaxındır. Bütün bunlar ölkə başçısının iradəsi sayəsində mümkün olub”. SİA-nın xəbərinə görə, bunu deputat Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

Deputat bildirib ki, 2023-cü ilə qədər dövlət büdcəsində hərbi xərclərə ayrılan vəsait azalıb: “Nə üçün bizim hərbi büdcəmiz 2023-cü ilə qədər azalıb. Bəlkə biz Dağlıq Qarabağ müharibəsini udmuşuq? Büdcədə sosial məsələyə daha çox yer ayrılır. Lakin müdafiə məsələlərində diqqətli olmalıyıq”.

T. Kərimli Ağsu Şamaxı aşırımına vəsaitin ayrılmasını təklif edib:” 10 illərdir ki, Ağsuya avtobus girib-çıxmır. Nə üçün insanlar cehiz aparmaq üçün kilometlərlə piyada yol getməli olurlar”.

Bununla yanaşı deputat maliyyə amnistisiyasının verilməsini, Azərbaycan dilina aid elmi tədqiqat institutunun yaradılmasının vacibliyini qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə