"Konstitusiyamız üç dəfə dəyişikliklər və əlavələr edilərək təkmilləşdirilib" ÖZƏL-MÜNASİBƏT

"12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günüdür. Konstitusiyamızın qəbulunun 24 ili tamam olub. Konstitusiyamız dövlət quruculuğunda böyük təcrübəsi olan Ulu Öndər Heydər Əlievin müəllifliyi ilə hazırlanaraq 1985-ci ildə qəbul olunub". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

"Konstitusiyamızın 1-ci maddəsində Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır qeyd olunub. Çoxlu maddələrdə isə insanların hüquq və azadlıqların təmin olunması dayanır. Məhz Konstitusiyamızı rəhbər tutaraq Azərbaycan bu 24 ildə böyük inkişaf yolunu qət edərək müasir demokratik ölkəyə çevrilib. Konstitusiya ana qanunumuzdur və qəbul olunan bütün qanunlar Konstitusiyanın tələblərinə uyğunlaşdırılır. Konstitusiyamızda bu illər ərzində ölkəmizin inkişafına və müasir dövrün çağırışlarına uyğun referendumla üç dəfə dəyişikliklər və əlavələr edilərək təkmilləşdirilib. Konstitusiyada ölkəmizdə seçki sistemi təsbit olunub, xalqın iradəsinə uyğun Milli Məclisə, Prezdentliyə və bələdiyyələrə demokratik seçkilərin keçirilməsinə təminatı qeyd olunub. Ümumilikdə götürüldükdə Konstitusiyamız gələcək dövrdə də ölkəmizin inkişafına, müstəqilliyimizin möhkəmlənməsinə xidmət edəcəkdir"-deyə, deputat fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə