Tələbələrin tətili çaxnaşmaya səbəb olub

İrəvan Dövlət Universitetində tələbələrin tətilinə görə həyəcan davam edir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Qraparak" qəzeti yazır.

Qəzet yazır ki, dünən səhər tezdən rektor Qeqam Qevorkyan dekanları çağıraraq tapşırılar verib. Rektor xüsusilə tapşırıb ki, tələbələr istəsələr dərsə gəlməyə bilərlər, amma onların mitinq, aksiya və tətil keçirmələrinə yol verilməməlidir.

Nəşrin yazdığına görə, Qevorkyan hətta öz mövqeyini də gizlətməyib və bildirib ki, o özü də milli dəyərlərə qarşı deyil. Rektor mübarizə də aparmağın lazımlılığımı deyib. Amma bunun universitetdə olmamalı olduğunu tapşırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə