Azərbaycan uğurlu inkişaf modedlinə malikdir

Dövlət başçısının Sərəncamı ilə Ağcabədi rayonunda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə dövlət büdcəsindən 19 430 000 (on doqquz milyon dörd yüz otuz min) manat ayrılıb

Con illərdə dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm işlər görülüb. Bu məqsədlə müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər mümkün korrupsiya hallarını aradan qaldırır və vətəndaşları dövlət xidmətlərinə yaxınlaşdırır. Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb və bu gün onun tabeliyində "ASAN xidmət" mərkəzləri xidmət göstərir ki, bu da, qısa müddətdə özünü doğrultdu.
Təbii ki, elektron xidmətlər, eyni zamanda, korrupsiya hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsinin effektiv vasitələrindən biri kimi qiymətləndirilir. Bu gün əbəs deyil ki, İKT respublikada korrupsiya ilə mübarizə, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli kimi olaraq qəbul edilir. Ölkədə "Elektron hökumət" portalı fəaliyyət göstərir və bu portala qoşulmuş dövlət qurumlarının elektron xidmətlərinin "bir pəncərə" prinsipi əsasında əhaliyə təqdimi də görülən işlərin məntiqi davamıdır. Bu, onu göstərir ki, Azərbaycan uğurlu inkişaf modedlinə malik dövlətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, bu gün Azərbaycan, nəinki sənaye və kənd təsərrüfatı, o cümlədən, əqli məhsullarını ixrac edir: "Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – "ASAN xidmət" ictimai münasibətlərin və xidmətlərin müasir modelidir". Müasir dövrümüzdə "ASAN xidmət" dünyaya nümunə olan modeldir. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində həyata keçirdiyi islahatların tərkib hissəsi olan "ASAN xidmət" dövlət və özəl xidmətlərin vahid məkandan innovasiyaların tətbiqi ilə vətəndaşlara çatdırılması sahəsində uğurlara səbəb olub. Azərbaycanın "ASAN xidmət" modeli dünyanın bir çox ölkələri, beynəlxalq təşkilatları tərəfindən yüksək qiymətləndirilir və bu təcrübəyə böyük maraq var. "ASAN" Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidməti Mükafatına layiq görülüb. Bu modeldən dünya ölkələri bəhrələnir. Dövlət xidmətlərinin səmərəliliyinin artırılması hazırda bir çox ölkələr üçün önəmli çağırışlardan biri olduğundan, tərəfdaş ölkələrlə "ASAN xidmət" modelinin tətbiqi, təcrübələrin paylaşmağı istiqamətində fəal əməkdaşlıq aparılır. Beynəlxalq qabaqcıl təcrübə kimi "ASAN xidmət" modeli Afrika ölkələri üçün təqdim olunub. Artıq Əfqanıstanda eyniadlı qurum təsis edilib.
Bu gün ölkəmizdə məkəzlərin sayı artmaqdadır. Hazırda 15 mərkəz fəaliyyət göstərir. Onlardan beşi Bakıda, onu isə Azərbaycanın bölgələrindədir. Bu günlərdə dövlət başçısı Ağcabədi rayonunda "ASAN xidmət" Mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Ağcabədi rayonunda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.25.1-ci yarımbəndində göstərilmiş məbləğin 19 430 000 (on doqquz milyon dörd yüz otuz min) manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.
Ümumiyyətlə, bu gün Azərbaycanda gedən bütün işlər müasir səviyyədə həyata keçirilir. Hər görülən iş, aparılan islahatlar, reallaşan layihələr insanların sosial məişətinin və həyatın firəvanlığına yönəlib. Buna Azərbaycanın bütövlükdə inkişafı imkan verir. "Ölkəmiz müasirləşir, inkişaf edir. "ASAN xidmət"in fəaliyyətə başlaması bizim niyyətimizi göstərir. Biz istəyirik ki, insanlar rahat yaşasınlar, ən gözəl xidmətlərə malik olsunlar» deyən Cənab İlham Əliyev korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə də "ASAN xidmət"in çox mühüm rol oynadığını vurğulayıb. Qeyd edək ki, indiyə qədər "ASAN xidmət" mərkəzlərinə 33 milyondan çox müraciət edilib. Vətəndaşlara göstərilən xidmətlərin məmnunluq dərəcəsi 98-100% arasında dəyişir. Bu mərkəzdə yeni texnologiyalar və innovasiyalar tətbiq olunur. Bu, innovasiya, yeni fikrin və yeni yanaşmanın yaranması Azərbaycanın inkişafının göstəricisidir.


Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...