ABŞ erməniləri də Paşinyanın boş danışığından bezib

Los Ancelesə etdiyi səfər zamanı Nikol Paşinyan erməni kilsəsinə gəlməməklə yalnız yerli din adamları arasında deyil, həm də bütün insanlar arasında dərin təəccüb və qəzəbə yaradıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "İrates" qəzeti yazır.

Məlumatda qeyd olunur ki, qəzetdə yayımlanan məlumatda Los Angeles nümayəndəsinin də fikirləri öz əksini tapıb.
"Mitinqdə iştirak edir, lakin kilsəyə girməyi zəruri hesab etmir", deyə Los Angeles nümayəndəsi erməni baş nazirə kəskin etiraz ünvanlayıb. Yeri gəlmişkən, həmin şəxs ruhani şura üzvlərinə məlumat verib ki, Nikol Paşinyanla iş adamlarının görüşü zamanı ABŞ-lı erməni iş adamlarının bir hissəsi, "onun heç bir sözü yoxdur, və sadəcə boş-boş danışır", deyərək otağı tərk ediblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...