"Milli təhlükəsizlik xidməti nüfuzunu itirib" "Jamanak"

Milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyanın istefasından sonra, hakimiyyətin ən etibarlı hüquq-mühafizə orqanı Xüsusi istintaq xidməti olub. SİA xəbər verir ki, bu fikirləri “Jamanak” qəzeti yazıb. Erməni nəşrinə görə, prokurorluqda qaldırılan cinayət işlərinin bir çoxu məhz Xüsusi istintaq xidmətinə, azı isə polisə göndərilir. “Milli təhlükəsizlik xidməti isə hakimiyyət üçün özünün əvvəlki nüfuzunu itirib”, deyə adıçəkilən nəşr yazır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə