Sərhəddə qazsız qalan ermənilər

Ermənistranın sərhəddində yaşayan insanlar qazla təmin olunmur. SİA Ermənistana məxsus armlur.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Noyemberyan rayonu, Koti kəndindəki 436 evdən yalnız 120-nin qazı var. Məlumatda qeyd olunur ki, sərhəddə yaşayan ermənilərin böyük əksəriyyəti qazsız qalıblar.
Kotinin inzibati direktoru Feliks Melikyan, boru kəmərinin çəkilişi üçün yalnız boru xərcinin təxminən 6 min dram olduğunu bildirib və bundan əlavə yanğın aktının, layihənin də xərclər tələb etdiyini vurğulayıb.
İstifadəçilərin qaz şəbəkəsindən bir neçə on metr məsafədə olmasına baxmayaraq qazlaşdırma dəyəri yüksək hesablanıb. F.Melikyan kənd evlərinin qazlaşdırılmasında kömək üçün deputatlardan Sipan Pashinyan, Ayk Qevorgyan, Sisak Qabrielyana müraciət edib. Amma bütün bu müraciətlərə baxmayaraq hələ də heç bir nəticə yoxdur və sərhəddə ermənilər qaz problemi ilə üz-üzədirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə