Rusiyanın “Nezavisimaya qazeta” nəşri Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş məqalə dərc edib

Rusiyanın “Nezavisimaya qazeta” nəşri Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq müstəqil Azərbaycanın rəmzi kimi hər zaman dalğalanacaq” sərlövhəli məqalə dərc edib.

SİA xəbər verir ki, məqalədə bayram günü Azərbaycanda binalardan dövlət bayrağının asıldığı, ölkəmizdə dövlət rəmzinə xüsusi hörmətlə yanaşıldığı bildirilib.

Dövlət Bayrağı Gününün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2010-cu ildən qeyd olunduğunu yazan məqalə müəllifi bu gün ölkəmizdə dövlət və idman tədbirlərinin, hissələrdə andiçmə mərasimlərinin və “açıq qapı” gününün keçirildiyini bildirib. Qəzet yazır ki, Azərbaycan tarixinin şanlı səhifələri ilə bağlı olan bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilib və ilk dəfə Bakı Dəniz Vağzalında sancılıb. 1990-cı ildə o zaman ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikasının ilk sessiyasında dövlət bayrağı kimi qəbul edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə Bakıda AXC-nin şərəfinə Müstəqillik abidəsi ucaldılıb.

Məqalədə Azərbaycan istiqlaliyyətinin ideoloqları Əli bəy Hüseynzadə və Fətəli xan Xoyski, Azərbaycan-Rusiya münasibətləri barədə də söhbət açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...