Azərbaycan bölgədə müxtəlif iqtisadi əməkdaşlıq səylərinə hər zaman dəstək verir Elmar Məmmədyarov
Azərbaycan İƏT-i regional əməkdaşlığın vacib platformalarından biri hesab edir. Biz, şübhəsiz ki, iqtisadi və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. Biz bunu siyasi cəhətdən edirik, çünki bu, bizim siyasi iradəmizdir. SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.
E.Məmmədyarov bildirib: "Regional və bölgələrarası təşəbbüslərdə fəal iştirak etməklə, Azərbaycan bölgədə və ondan kənarda müxtəlif iqtisadi əməkdaşlıq səylərinə hər zaman dəstək verir. Bu xüsusda, ölkəmizin İƏT çərçivəsində əməkdaşlıq fəaliyyətinə və bölgədə ticarət və əməkdaşlığın inkişafına verdiyi önəmi vurğulamaq istərdim.
Dənizə çıxışı olmayan ölkə olaraq, Azərbaycan nəqliyyat xidmətlərini iqtisadiyyatımızın əsas müqayisəli üstünlüklərindən birinə çevirərək tranzit və ticarət potensialımızı yerinə yetirməyə çalışır. Bunu nəzərə alaraq, Azərbaycan Trans-Avropa və Trans-Asiya dəmiryol şəbəkələrinin qarşılıqlı əlaqəsinə xidmət edəcək öz nəqliyyat infrastrukturunu şaxələndirir və modernləşdirir.
Artıq Çin və Avropadan bir neçə logistika şirkətinin diqqətini cəlb edən Bakı-Tbilisi-Qars strateji magistral dəmir yolu, Yeni Beynəlxalq Dəniz Ticarət Limanı, sərmayəçilər üçün əlverişli olan azad iqtisadi zonanın iddialı konsepsiyası ilə birlikdə, Çinin rəhbərlik etdiyi Bir Kəmər, Bir Yol Təşəbbüsü üçün orta dəhliz qismində Transxəzər Şərq-Qərb beynəlxalq nəqliyyat marşrutu, Əfqanıstanın potensialını açmaq üçün Lapis Lazuli ticarət yolu, həmçinin Şimal-Cənub və Cənub-Qərb ticarət dəhlizləri bütün İƏT regionunun tranzit potensialının artırılmasına yönəlmiş əsas infrastruktur layihələridir. Yalnız bu marşrutların xəritəsinə baxsanız bölgəmizdəki ticarət arteriyaları və damarları ilə bir-birinə bağlı olan şəbəkəni görə bilərsiniz. Bu, ticarətin asanlaşdırılması üzrə canlı ambisiyamızdır.
İƏT bölgəsində böyük potensiala malik digər bir sahə də informasiya-kommunikasiya texnologiyaları sahəsidir. Azərbaycan Qazaxıstan və Türkmənistan ilə, ölkələrimizin adlarını Avrasiyanın İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) xəritəsinə salmaq üçün genişzolaqlı şəbəkə qurmaq məqsədilə Transxəzər fiber-optik kabel bağlantısının həyata keçirilməsində əməkdaşlıq edir. Bununla, rəqəmsal fərqin aradan qaldırılmasına yönələn BMT-nin təşəbbüslərinə töhfə verməyə davam edəcəyik. Bu həm də İƏT bölgəsində ticarətin rəqəmsallaşdırılmasına kömək edəcək.
İƏT çərçivəsində həyata keçirilə biləcək mümkün birgə layihələrdən biri də ticarətin rəqəmsallaşdırılmasıdır. Bu daha çox ticarət həcmini cəlb edə bilər. Bu cür elektron ticarət platformalarını bölgədəki tərəfdaşlarımızla birlikdə təşviq edə bilərik. Beləliklə, bəlkə də həqiqətən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ilə əməkdaşlıq formatımızda ola biləcək imkanlara daha dərindən baxmalıyıq.
Kənd təsərrüfatı sahəsində Azərbaycan və digər İƏT üzv dövlətləri əhəmiyyətli irəliləyiş əldə etdilər. Bununla belə, hesab edirəm ki, bu sahədə əməkdaşlığı daha da artırmaq lazımdır. Bunu nəzərə alaraq, Azərbaycan bu il 3-4 dekabr tarixlərində İƏT Kənd Təsərrüfatı Nazirlərin 6-cı görüşünün keçirilməsini təklif etdi. Bakıda keçiriləcək bu mühüm tədbirdə ölkələrinizdən yüksək səviyyəli nümayəndə heyətlərini görməyi gözləyirik.
Digər sahə turizmdir. Turizm sahəsində əməkdaşlıq xalqlar arasında əlaqə qurmaq baxımından vacibdir. Biz həm də İƏT-dəki turizm layihələrini xalqlar arasında əlaqələri asanlaşdıran bir vasitə hesab edirik.
Bundan əlavə, biz regional enerji gündəliyində dayanıqlı enerji və enerji ətraf mühitini "ECO Vision 2025" və BMT-nin 2030 Gündəliyinə uyğun olaraq təmin etmək üçün İƏT-in davamlı səylərini qiymətləndiririk. Hesab edirik ki, bu regional diqqət İƏT bölgəsinin bərpa olunan enerji və səmərəliliyi sahəsində əməkdaşlıq imkanlarını aça bilər. İƏT Təmiz Enerji Mərkəzinin yaradılması bu meyllərə uyğun gələ bilər. Xahiş edirəm, təbii qazı unutmayaq, çünki bu, təmiz qalıq yanacaqdır və daha yaxşı enerjiyə qənaət edən həll yollarına keçməyə çalışdığımız zaman iqtisadiyyatlarımızda "keçid yanacağı" rolunu oynaya bilər.
2017-ci ildə qəbul edilmiş "İƏT Baxışı 2025" sənədi İƏT-in iqtisadi və sosial gündəliyini zənginləşdirməli və təşkilatın qarşıdakı on il üçün strateji istiqamətini müəyyənləşdirməlidir. Azərbaycan bu islahat prosesini mövcud qurumların səmərəliliyini artıra biləcək və İƏT-in gələcək inkişafına imkan yaradacaq birgə səylər vasitəsilə dəstəkləyir.
Azərbaycan iqtisadi əməkdaşlıqla yanaşı, digər sahələrdə də əməkdaşlığa önəm verir. Bu yaxınlarda 2019-cu ildə İƏT-in Korrupsiyaya Qarşı Mübarizə Agentlikləri və Ombudsmanlarının Əməkdaşlıq Mərkəzinin Əsasnaməsini imzaladıq və ratifikasiya etdik.
İƏT əhalisi Azərbaycan üçün dost ailədir. Tarixi münasibətlərimizi yüksək qiymətləndiririk".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
“Bakı Fond Birjası”nın nümayəndə heyəti Özbəkistana səfər edib - FOTOLAR
İqtisadiyyat 17:35“Azərreyl” üstünlüyü yenidən ələ alıb
İdman 17:23Haylar tərəfindən edilən NÖVBƏTİ OYUNBAZLIQ - TƏHLİL
Siyasət 17:07“Abşeron” hesabı bərabərləşdirib
İdman 16:59Sumqayıtda yaşayış binasında yanğın olub
Hadisə 16:50FHN Akademiyasında beynəlxalq seminar keçirilib - FOTO
Siyasət 16:49Yeni regional reallıq
Siyasət 16:08Dövlət büdcəsindən ehtiyat fondlara ayırmalar 91 % artıb
İqtisadiyyat 16:01U-17 millisi Belarusdakı turnirə qatılacaq
İdman 15:58“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
Texnologiya 15:52Məşhur reper öldürüldü
Dünya 15:47COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib
Siyasət 15:44Masallıda hesabat-seçki yığıncağı keçirilib
Sosial 15:39Ağdamda əmək yarmarkası keçiriləcək
Sosial 15:29Azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb
İqtisadiyyat 15:17Rusiyanın geosiyasi tərəfdaşı - Azərbaycan - ANALİTİK
Siyasət 14:53Günəş elektrik stansiyası üzrə ilk hərrac elanı
İqtisadiyyat 14:51COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək
Siyasət 14:47Bu şəxslər imtahan verəcək
Təhsil 14:33Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - FOTOLAR
Sosial 14:21Siqaretlərlə bağlı yeni qaydalar QƏBUL EDİLDİ
Siyasət 14:06Bu sistemə son qoyaq - Deputatdan həyəcan təbili
Siyasət 14:01COP29-a görə vergi güzəştləri olacaq
COP29 13:59Azərbaycandan İrana gedənlər ÇOXALIB
Turizm 13:57Rəsmi Bakı Malayziyaya başsağlığı verdi
Siyasət 13:50"COP29 turizmin inkişafına töhfə verəcək" - DEPUTAT FİKİR BİLDİRDİ
İqtisadiyyat 13:40Dövlət orqanlarının təsnifatı genişləndirilir
Siyasət 13:17Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər
Sosial 13:15İnzibati və yardımçı vəzifələrin təsnifatı DƏYİŞDİRİLİR
Siyasət 13:14Sabah rayonlara yağış yağacaq, dolu düşəcək
Hadisə 13:13Gənclərin həmrəyliyi: nədir, nə vəd edir?
Sosial 12:57COP29: Azərbayacana etimadın və dəyərin göstəricisi ŞƏRH
Siyasət 12:50Yevlaxda körpələr evində mənimsəmə faktı aşkarlanıb
Hadisə 12:45Özəl xəbərlər
Digər xəbərlərRedaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8109 -0,12%
- GBP 2,0991 -0,31%
- RUB 0,0182 0,00%