Ermənistanda ikili standart və qərəzli münasibət

Girovdan istifadə edilməməsi məsələsində ikili standart və qərəzli bir münasibət görürük. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryanın vəkili Ovannes Xudoyan bu gün keçirdiyi mətbuat konfransında bəyan edib.

Vəkil Ermənistanda qərəzin və ikili standartların tətbiqinə də toxunub.

"Bizim vəziyyətimizdə olan bənzər hallarda təhlükəsizliyin tətbiq edilə bilmədiyi qeyd edildikdə, burada ikili standart və qərəzli münasibət görürük. Ancaq bütün hallarda biz məhkəmənin qərarını rəhbər tuturuq", deyə Robert Koçaryanın vəkili bildirib.

Ovannes Xudoyanın sözlərinə görə, onlar üçün anlaşılmaz bir arqumentə görə, məhkəmə girovun kifayət qədər vasitə ola bilməyəcəyi barədə qərar verib.

"Yəni, ikinci dəfə görürük ki, Konstitusiya Məhkəməsinin qərarları məhkəmə tərəfindən heç bir arqument olmadan nəzərə alınır və bu da gələcəkdə ciddi hüquqi problemlərə səbəb olacaq" deyə Ermənistanın ikinci prezidentinin vəkili xəbərdarlıq edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə