Ermənistanda yenə aksiya keçirilir

Dünəndən bəri nazir gizlənir, gəlir və arxa qapıdan çıxıb qaçır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu etiraz mitinqinin iştirakçısı deyib.

Məlumatda qeyd olunur ki, “Daşnaksütyun” Gənclər qanadının nümayəndələri və “Erməni dili”, “Ermənistan tarixi” və “Erməni ədəbiyyatı” universitetlərində məcburi təhsilin ləğv edilməsi qərarına etiraz olaraq Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin qarşısında tələbələr etiraz aksiyası keçirirlər.

Gənclər Birliyinin Siqnal təşəbbüsünün üzvü Arişti Qevorgyan mitinq barədə fikirlərini də gizlətməyib.
“Nazirlikdən heç bir reaksiya olmayıb, heç kimlə görüşmədik. Oturaq piket normal rejimdə davam edir. Gün ərzində hərəkatımız barədə məlumat verən aksiyalar keçirəcəyik ki, insanlar bu barədə məlumatlansınlar", deyə təşəbbüsün üzvü jurnalistlərə müsahibəsində diqqətə çatdırıb.

Nazir Araik Arutyunyan indi haradadır sualına Arişti Qevorgyan çox kəskin cavab verib: “Dünəndən gəlir və arxa qapıdan çıxıb qaçır. Bu onun problemidir, istədiyi qədər gizlənə bilər, amma düşünmürəm ki, Təhsil, Elm, Mədəniyyət və İdman naziri bu cür olmalıdır. İstefa vermək niyyətində olmayan bir çox nazir gördük, amma insanların təzyiqləri ilə istefa etdilər, buna görə də nazir özünü bundan yuxarı hesab etməsin"

Xatırladaq ki, artıq ikinci gün İrəvan Dövlət Universitetinin Filologiya fakültəsinin tələbələri universitetlərdə “erməni dili”, “Ermənistan tarixi” və “erməni ədəbiyyatı” fənlərinin məcburi tədrisinin ləğvi ilə əlaqədar tətil keçirirlər. Digər universitetlərin tələbələri də onlara qoşulub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...