"Baş əydiyimiz üçrəngli bayraq bizə babalarımızın ərməğanıdır" RƏY-ÖZƏL

"Bayraq müstəqilliyin, dövlətçilik atributlarının ən önəmlilərindəndir. Çünki hələ dövlətlər, millətlər formalaşmazdan əvvəl bayraqlar var olub, tayfaların, qəbilələrin, toplumların mövcudluluqlarının ən vacib rəmzlərindən biri kimi tanınıb". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

1918-ci ildə, ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) dövründə 3 rəngli, ay-ulduzlu bayrağımızın qəbul olunduğunu deyən deputat bildirib ki, bu tarixi hadisədən 91 il sonra, 2009-cu ildə ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 9 noyabr Dövlər Bayrağı Günü kimi rəsmi bayramlarımız sırasına daxil edilib: "Döyüşlərə, savaş, hərb meydanlarına məhz bayraqlarla girilib, bayraqlarla atılıb, bayraqlarla qələbələr, zəfərlər əldə edilib".

Onun sözlərinə görə, bayraq hər bir millətin, dövlətinin ən ali dəyərlərindən, atributlarından biri olduğu kimi Azərbaycanın da üçrəngli bayrağı hər bir vətəndaşmız üçün dəyərlidir: "Üçrəngli bayrağımız, bizim qarşısında baş əydiyimiz üçrəngli, ay-ulduzlu bayraq Cümhuriyyətçi babalarımızın 101 öncə bizlərə ərməğan qoyub getdikləri əzəmətli Bayraqdır. Bu gün Azərbaycan beynəlxalq tədbirlərdə, mühüm yarışlarda, olimpiadalarda, ən ali kürsülərdə dalğalanır. Biz bununla şərəf duyuruq. Gün o gün olsun ki, Bayrağımız Azərbaycanın bütün ərazilərində, Qarabağımızda, Şuşamızda, Laçınımızda və digər yurd yerlərimizdə ucalsın, dalğalansın!

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...