“Ermənistanın Azərbaycan torpaqlarında atdığı hər hansı addım qanunsuzdur” RƏY-ÖZƏL

"Ermənistanın Azərbaycan torpaqlarında hər hansı fəaliyyəti qanunsuzdur". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, yəni burda seçkidə, referendum, adını nə istəsələr qoya bilərlər, kənd təsərrüfatı əməliyyatları olsun bunun fərqi yoxdur: "Ermənistan işğal altında ki, Azərbaycan torpaqlarından hansı addım atırsa bu qanunsuzdur. Ona görə də, bu referendumu elan etmələri təbii ki, qanunsuzdur. İkinci bir tərəfdən də bunlar bununla kimi aldatmaq istəyirlər ki, əgər hansısa bir referendumdan söhbət gedirsə bəli Azərbaycanında bununla fikri var, mövqeyi var. Azərbaycan vətəndaşları hansılar ki, işğal altında ki, torpaqlardan Ermənistanın hücumu nəticəsində qovulublar, öz ev-eşiklərindən o adamlar ora qaytarıldıqdan sonra referendum söhbəti etmək olar, indiki halda nə referendum hansı referendumdan söhbət gedə bilər? Orada işğalçılar var, işğalçı ölkənin ordusu var və bu işğalçı ölkənin ordusunun nəzarəti altında olan bir torpaqda hanısa bir normal referendum keçirmək mümkün deyil. Ona görə də, Ermənistan sadəcə olaraq, yenə də ictimai rəylə oyun oynayır və cəmiyyəti dünyanı aldatmağa cəhd edir. Amma bizdə buna imkan verə bilmərik".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə