Müxalifətin antidemokratik adlandırdığı Paşinyan hakimiyyəti

Müxalifət Auditorlar Palatasına namizəd irəli sürə bilmir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Qraparak" qəzeti yazır.

Qəzet yazır ki, uzun müddətdir ki, müxalifət Auditorlar Palatasına üzvlüyə namizəd irəli sürə bilmir və bu səbəbdən də oktyabrın 8-də, "Parlaq Ermənistan" partiyasının irəli sürdüyü Karen Sarkisyanın namizədliyi maliyyə-kredit və büdcə məsələləri daimi komissiyası tərəfindən rədd edilib, ardınca fraksiya yeni namizəd təqdim edə bilməyib.

Nəşrin yazdığına görə, çoxları “Vətəndaş Müqaviləsi” partiyasının üzvü olduğu daimi komissiyada namizədliyinin yenidən rədd ediləcəyindən də narahatdırlar. Yeri gəlmişkən, qeyd olunur ki, artıq iki həftəlik müddət başa çatıb və bu müddət ərzində partiya yeni namizəd irəli sürməli idi. Çiçəklənən Ermənistan partiyası əvvəlcə namizədliyini irəli sürməyəcəyini bildirərək bunu rədd edib. Göründüyü kimi, bu vakant yeri hakim qüvvənin nümayəndəsi tutacaq.

Bəlli olur ki, Paşinyan hakimiyyəti müxalifət namizədlərinə ancaq rədd cavabı verir və bu Ermənistan hökumətinin başa düşdüyü şəkildə olsa belə demokratiyaya ziddir və ümumiyyətlə antidemokratikdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə