“Ermənistan işğalçılıq və separatizm əməllərinə görə cəzalanmalıdır” RƏY-ÖZƏL

"Ermənilər 100 oyundan çıxırlar və fantaziyalarını, təxəyyüllərinı o qədər güclü ediblər ki, ağıllarına gələni danışırlar". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Ermənilərin hər bir sözünün həm daxili, həm də xarici ictimai rəyi yönləndirmək məqsədi daşıdığını söyləməklə bu insanların nə qədər abırsız olduğunu eyni zamanda, nə qədər beynəlxalq qurumlardan ciddi təzyiqlər görmədiklərini bir daha ortaya qoyur: "Bu gün Ermənistan işğalçılıq və separatizm əməllərinə görə cəzalanmalıdır. Çünki Ermənistan işğalçı bir ölkədir. Onsuzda gec-tez Ermənistan işğal etdiyi torpaqlarını işğaldan azad edəcək və bütün hərəkətlərinə görə cəzalanacaqdır. Çünki o torpaqlar Azərbaycanındır".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə