Əskinas buraxılması arzuları ermənilərin ürəyində qaldı

Almanların Dağlıq Qarabağla bağlı qondarma qurumun əksi olan əskinaslarını buraxmaq planlarının azərbaycanlılar tərəfindən qarşısı alınıb. SİA xarici mətbuat səhifələrində, eləcə də Ermənistana məxsus rusarminfo.ru saytında yayılan məlumatlara istinadən xəbər verir ki, Almaniyanın EuroSchein Souvenir GmbH şirkətinin Dağlıq Qarabağda qondarma quruma həsr olunmuş suvenir əskinasları buraxacağı ilə bağlı xəbərlərə Azərbaycan layiqli cavab verib.

Məlumata görə, sözügedən şirkət bu yaxınlarda qondarma "Artsax Respublikası" yazısı ilə 0 avro dəyərində suvenir əskinas buraxacağını elan edib və burada qondarma qurumun məşhur simvolu - "Biz və dağlarımız" abidəsi təsvir ediləcəyi nəzərdə tutulub. Azərbaycanın Almaniyadakı səfirliyi dərhal şirkətin icraçı direktoru ilə əlaqə yaradıb və yazılı şəkildə etirazını bildirib.

Həmçinin məlumatlarda o da qeyd olunur ki, alman şirkəti “etirazı qəbul edib” və nəzərdə tutduğu əskinaslar buraxmaqdan imtina edib. Bir sözlə, ermənilərin əskinas buraxılması arzuları ürəyində qalıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...