Aviareysdə dələdüzluğuna görə Ermənistan vətəndaşı tutulub

Moskva-Kalininqrad reysində siqaret çəkdiyinə görə Ermənistan vətəndaşı saxlanılıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Kalininqradın Xrabrovo hava limanında, təyyarə göyərtəsində siqaret çəkdiyinə görə Moskvadan gələn bir sərnişin tutulub.
Məlumatda qeyd olunur ki, Ren Tv öz mənbələrinə istinadən bu barədə xəbər verib. Həmin məlumata əsasən, Ermənistan vətəndaşı göyərtədə elektron siqaret yandıraraq dələduzluq edib.
Kalininqrad mediasının verdiyi məlumata görə, tutulan şəxs Soçi şəhərinin sakinidir. Saxlanılan Ermənistan vətəndaşı növbətçi hissəyə aparılıb və barəsində inzibati protokol tərtib edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə