“Əli Kərimli azad deyil, Qərb tərəfindən girov götürülüb” RƏY-ÖZƏL

"Antimilli Şura və Əli Kərimlinin əsas məqsədi Bakının mərkəzində iğtişaş, qarşıdurma yaratmaq idi". Bunu SİA-ya açıqlamasında ADİİM-nin sədri “Avrasiya” İA-nın baş redaktoru Cavid Şahverdiyev deyib.

Onun sözlərinə görə, Kərimli hərəkətləri ilə əsl şou göstərdi və kimliyini bir daha ortaya qoydu: "“Milli Şura” adlanan qurum üç gün bundan əvvəl Daxili İşlər Nazirliyi ələn qanunsuz hərəkətlərin qarşısının qətiyyətlə alınacağına dair xəbərdarlığına əhəmiyyət verməyərək oktyabrın 19-da “Bakı metropoliteni”nin “28 May” stansiyasının önündə qanunsuz aksiya keçirib. Ba xmayaraq ki, Bakı Şəhər İcra Hakimiyyəti mitinqin Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi” idman klubunun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq vermişdi. Lakin Əli Kərimli və onun dəstəsi ictimai asayişi pozmaq, qarşıdurma yaratmaq məqsədilə aksiya öncəsi Bakı metrosunun “28 May” stansiyasının önündə qanunsuz aksiya keçirilməsinə çağırışlar ediblər. Qeyd edək ki, “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edilir. Radikal müxalifətin hər belə çağırışları öncəsi DİN və Baş Prokurorluq xəbərdarlıq edib ki, hüquq-mühafizə orqanları tərəfindən qanunsuz əməllərin qarşısı qətiyyətlə alınacaq. Qeyd olunub ki, qanunun tələblərini pozan şəxslər barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək. Lakin radikal müxalifətin liderləri həmişə qanunun aliliyinə hörmət etməyərək, gəncləri, qadınları önə verərək polislərin onlara zor tətbiq etmələrinə şərait yaradıblar. Amma özləri qaçıb gizləniblər. Bütün bunlar icazəsiz aksiya iştirakçılarına yaxşı məlum olsa belə, onlar qarşıdurmaya getmək planlarını işə salmağa cəhdlər etdilər. Hadisələr onu deməyə əsas verib ki, Əli Kərimli və dəstəsinin icazəsiz aksiya keçirməsi özlərinin yox, Qərbin anti-Azərbaycan və ermənipərəst donorlarının sifarişidir. Əli Kərimli heç vaxt iradəsi ilə hərəkət etməyib, ancaq və ancaq sifariş yerinə yetirib. Oktyabrın 19-da olan icazəsiz aksiya da bu sifarişlərdən biri idi. Əli Kərimli bu dəfə də özünü biabır etdi. Təbii ki, dünyanın hər yerində, elə demokratiyanın beşiyi sayılan Avropa ölkələrində icazəsiz aksiyalar polislər tərəfindən dağıdılır. İcazəsiz mitinqdə aksiya iştirakçıları “Konstitusion hüquqlarımız pozulur”, Ə.Kərimlinin özü isə “Azadlıq” deyə qışqırırdı. Qanunun aliliyinə hörmət göstərməyənlər hansı haqla hüquqdan danışırlar. AXCP sədri kimə, nəyə azadlıq istəyir? Əli Kərimli azad bir vətəndaş olmasaydı Bakının mərkəzində bu şüarı səsləndirməzdi, övladları Avropada rahat və maneəsiz yaşamazdı, ətrafında cangüdənlər gəzdirməzdi. Azadlıq kəlməsi Əli Kərimli üçün yaddır. Ə. Kərimlinin təfəkkürü, düşüncəsi, fikri, özü azad deyil, Qərb tərəfindən girov götürülüb".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə