Əli Kərimli - xəyanət xronologiyası

Qərbə satılan iblis xislətli satqın

Dünyada elə insanlar var ki, gördükləri işlərə görə, onlara, ya rəhmət, ya da lənət oxuyurlar. Kimdir onlar: insan, yoxsa iblis? Azərbaycan muxalif partiya sədrlərinin, xususilə də, AXCP sədri Ə.Kərimlinin xəyanət xronologiyasına nəzər salsaq, suallara açıq şəkildə cavab tapmaq olar.
Bu yerdə parlamentin bu günlərdə keçirilən iclasında Milli Məclis spikerinin müavini Zəyafət Əsgərov satqınlıq və xəyanət "titul" AXCP sədri Ə.Kərimlinin kimliyini faktlarla açıb göstərib.

"Əli Kərimli, sən onsuz da, hər şeyini itirmisən"

"İnsanların xəyanət xronikasına baxdıqda, adamı dəhşət bürüyür. Yəni bu illər ərzində, doğrudanmı bu insanlarda bir qram da olsun, inkişaf yoxdur? Nə mütaliə, nə dünyanı dərk etmək, nə dövlətçilik anlayışı var. Bu illər ərzində, siz nə işlə məşğul olmusunuz?"
Hörmətli Ziyafət müəllim, siz də bilirsiniz ki, Ə.Kərimli anadan elə iblis xisləti ilə doğulub və bu günə kimi də satqınçılıq və riyakarlıqla məşğul olub. Məqsədi də sifarişçilərindən daha çox pullar qazanmaqdır.
Z.Əsgərov sual edir və bu qanmazlara bir çox məsələləri qandırmaq istəyəir: "1966-cı il 16 oktyabrda "Mülki və Siyasi Hüquqları haqqında" Pakt qəbul olunub. İnsan Hüquqları və Əsas Azadlıqlar Haqqında" Avropa Konvensiyası 4 noyabr 1950-ci ildə qəbul edilib. Paktda qeyd olunub ki, sərbəst toplaşmaq azadlığı beynəlxalq pakt tərəfindən tanınır. Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli və ictimai təhlükəsizlik mənafeləri üçün iğtişaşların və ya cinayətlərin qarşısının alınması, sağlamlığın və mənəviyyatın digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Soruşuram, Ə.Kərimli, C.Həsənli, T.Yaqublu, siz bunları bilmirsiniz? Çox yaxşı bilirsiniz! Qəsdən bu əməlləri törədirsiniz ki, Azərbaycanda iğtişaşlar olsun, ara qarışsın 1992-ci ildə etdiyiniz kimi".

Ə.Kərimlinin "bulanıq suda balıq tutmaq istəyi"...

AXCP sədrinin məqsədi həmişə belə olub: "bulanıq suda balıq tutmaq". Ə.Kərimliyə nə qədər sual verilirsə-verilsin bu sualın bir cavabı var: ölkədə qarşıdurma yaratmaq üçün şəhərin mərkəzində mitinq keçirmək adı ilə qarşıdurma olmalıdır, hakimyyətin üzərinə getməlidirlər. Z.Əsgərovun yerində və tutarlı cavbı: "Sən kimsən ki, hakimyyətin üzərinə gəlmək istəyirsən. Bir qrup adamın şıltaqlığına görə, milyonlarla insanın hüquqlarını tapdalamalıyıq? Sənin hüququn varsa, mənim də hüququm var. Sənin toplaşmaq azadlığı hüququn var, mənim də istirahət etmək hüququm var. Dövlətimi müdafiə etmək hüququm var. Dövlətin hüquq-mühafizə orqanları nə etməlidir?"
Z.Əsgərov Ə.Kərimlin və onun ətrafındakıların casusluqla məşğul olduğunu da deyib: "Avropadan səslər gəlir. Avropa İttifaqından, Avropa Şurasından deyirlər ki, məsələni araşdırın, məlumat verin. Əvvəla, bizimlə diqtə dilində danışmaq olmaz, gedin Londonda, İspaniyada, Berlində, Parisdə demokratiya adına olan biabırçılıqları araşdırın, sonra bizimlə söhbət edərsiniz. Biz yolumuzu özümüz könüllü seçmişik, hara getdiyimizi çox yaxşı bilirik, məsələləri də özümüz araşdırırıq, kimin günahı varsa, cəzasını alacaq, günahı olmayan azad olunacaq. Azərbaycan dövlətini, dövlətçiliyini, Prezident İlham Əliyevi göz bəbəyi kimi qoruyacağıq. Ulu Öndər Heydər Əliyev bu dövlətin fundamentini 12 ballıq zəlzələyə hesablayıb. Daha bu xülyalardan əl çəkin, 1990-cı illər getdi, vallah, getdi. Gənclərə yazığınız gəlsin. Buraxın, təhsillərini davam etdirsinlər, elmlə məşğul olsunlar, bəlkə, doğrudan da, yaxşı elm adamları olacaqlar. Niyə onların vaxtını alırsınız. Ə.Kərimli, sən onsuz da, hər şeyini itirmisən, keçmişin, bu günün, gələcəyin məhv olub, gənclərə yazığınız gəlsin".

İblis xislətli Əli Kərimli

Ə.Kərimlinin xəyanətlərinə kifayət qədər bələd olan KXCP sədri Mirmahmud Mirəlioğlu "Yurd"un fəaliyyətində baş verən hadisələrə, birmənalı olaraq, "antielçibəyçilər hərəkatı" adını verib. O, xatırladıb ki, məhz "Yurd" qrupu AXC daxilində fəaliyyətə başlayarkən, AXCP-nin mərhum sədri Elçibəy buna xeyir-dua verməmişdi: "Elçibəyin başlanğıc üçün xeyir-duası olmadığına görə, sonrakı dövrlərdə çox şeylər baş verdi. Bu məsələ Elçibəyin iştirakı ilə keçirilən qurultayda pik nöqtəsinə çatdı. Qurultaydan bir neçə gün sonra ciddi məsələlər çıxdı ortaya. Sonradan isə, bəlli oldu ki, fondun pulları, məhz Elçibəyə qarşı təbliğata xərclənib".
M.Mirəlioğlu Ə.Kərimlinin xarici kəşfiyyat orqanlarına satılmış adam olduğunu da bildirib: "Xatırladım ki, Azərbaycanda Demokratiyanın İnkişafı Fondu var idi. Həmin fondun Qərbdə və ABŞ-da olan nümayəndələri etiraf edirdilər ki, fondun pulları təyinatı üzrə xərclənməyib. Yəni həmin pulların böyük əksəriyyəti Elçibəyin əleyhinə xərclənib".

Elşən Musayev: "Əli Kərimli Qərbə çoxdan satılıb"

Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirib ki, Ə.Kərimli fəaliyyəti boyu həmişə Qərb üçün alqı-satqı obyekti olub. Onun sözlərinə görə, Əli Kərimli bütün siyasi fəaliyyəti boyunca, ancaq satılmaq işinə baxıb: "Ə.Kərimli ancaq alqı-satqı cəmiyyəti qurub. Bu şəxsin mahiyyəti və xisləti məhz Qərbə satılmağa köklənib. Ə.Kərimlini Azərbaycan daxilində heç kim saymasa da, o, bir çox beynəlxalq təşkilatların və qurumların əlində həmişə oyuncaq olub. Həmişə Azərbaycan dövlətinə qarşı çıxıb. Lakin bunu Azərbaycan hakimiyyətinə qarşı çıxmaq kimi ifadə edib. Bu gün hər şey ortalıqdadır. Artıq seçki dövrünün start götürülməsinə baxmayaraq, bu adam hələ də çayxana söhbətləri edir. Bu səbəbdəndir ki, onun ətrafında Qəddafiyə oxşayan Gözəl Bayramovadan, Azərbaycan iqtidarına xəyanət edən Gültəkin Hacıbəylidən və boş-boş danışan F.Qəhrəmanlıdan başqa heç kimsə qalmayıb".
E.Musayev Gültəkin Hacıbəylinin yazısını oxuduğunu bildirir və burada yazılanları şərh edir: "Orada yazılıb ki, Ə.Kərimlini satın almaq lazımdır. Bu insan "mübarizə aparmaq" ifadəsi yerinə "satın almaq" ifadəsini işlədir. Yəni bu insanlar ancaq bazar jarqonu ilə danışırlar. G.Hacıbəyli alınıb-satılmağı gözəl bilən adamdır. Çünki vaxtilə Azərbaycan iqtidarını bizdən daha yaxşı müdafiə edib. Deməli, o, bunu mandata, mövqeyə və statusa sahib olmaq üçün edib. Mən özümə borc bilərək, ona və cəmiyyətə bu mesajı vermək istəyirəm ki, Əli Kərimli heç kimə lazım deyil.

Qozbeli qəbir düzəldər

Ancaq Ə.Kərimlini nəinki qəbir, heç fələk də düzəldə bilməz. Çünki bünovrəsi əyri olanı, ancaq birdəfəlik istfadə olunmuş əşya kimi zibilliyə atmaq lazımdır. Ancaq Ə.Kərimli 19 oktyabra təyin etdikləri aksiya ilə bağlı çağırış edərək, hamını küçələrə sasləyir, razılaşdırılmamış ünvana çağırır. Bilə-bilə ki, polis qanunsuz aksiyaya imkan verməyəcək, bilə-bilə ki, dəyənəklər işə salınacaq, yenə də insanları təxribata çəkir, polis qüvvələri ilə üz-üzə qoymağa çalışır. Deyir ki, sizi tək qoymayacam, mən də yanınıza gələcəm. 2005-ci ildə də belə demişdi: "Yanınıza gəlirəm". Elə bununla da, məhv elədi hər şeyi. Oktyabrın 11-nə təyin olunan razılaşdırılmış piketə də yanlarına gələcəyini deyirdi, ancaq gördum deyən olmadı. Bunula da, təkcə aksiya iştirakçılarını qurban vermədi, ümumən, müxaifətin tifağını dağıtdı.
Ona görə də, tarix heç vaxt bölənləri və bölücülük edənləri bağışlamır. Siyasət də bu qızıl qanundan heç də fərqlənmir.
Bu yerdə mərhum Əbülfəz Elçibəyin söylədiyi "Əli Kərimli mənim yox, millətin düşmənidir" deməsi bir daha, onun bəd əməllərini millətə, xalqa və dövlətə xəyanət adlandırıb. Və bu gün ümummilli məsələləri öz şəxsi ambisiyalarına qurban verən Ə.Kərimlinin gəncləri mitinqə çağırması, onun Azərbaycan gəncinin qanına susamış əsl düşmən və Vətən xaini olduğunu göstərir. Artıq Əli Kərimli və onun tərəfdarlarının Azərbaycanın milli maraqlarına zidd, ermənipərəst fəaliyyətinə son qoymağın vaxtı çoxdan çatıb. Cəzasızlıq isə, onun dövlətçilik maraqlarımız qarşısında daha da quduzlaşmasına səbəb olur. Ə.Kərimli kimi şəxsi ambisiyasını güdən populistlərə, avantüraçılara və antimilli ünsürlərə bundan sonra da meydan verməməli və onların barəsində sərt ölçü götürülməlidir. O, həbs olunmalı, layiqli cəzasını almalı, ən yaxşı halda isə, ölkə hüdudlarından çıxarılmalıdır. Belələrinə Azərbaycanda yer yoxdur!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə