Ermənistanda növbəti narazılıqlar

Ermənistanda narazılıqlar artmaqdadır və bu narazılıqların fonunda Gümrüdə dəmiryol işçiləri tətil elan ediblər. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Cənubi Qafqaz Dəmir Yolları QSC-nin mətbuat katibi Ruben Grdzelyan aysor.am saytının müxbiri ilə söhbətində bildirib.

Cənubi Qafqaz Dəmir Yolları QSC-nin mətbuat katibi sürücülərin öz maaşlarından narazı olduğunu söyləyib.
“Gümrüdəki lokomotiv anbarının sürücülərinin tətili dünən başlayıb. Onlar daha yüksək əmək haqqı tələb edirlər”, deyə Ruben Grdzelyan qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə