Osipyanın kadrları Paşinyan hakimiyyətinin hədəfində

Valeri Osipyanın kadrları Ermənistanın yeni hakimiyyətinin qərarı ilə işdən uzaqlaşdırılır. SİA bunu Ermənistana məxsus “Qraparak” qəzetinə istinadən xəbər verir.

Qəzet yazır ki, son günlər polisdə intensiv kadr dəyişiklikləri baş verir. Nəşrin mənbələri Valeri Osipyan tərəfindən bu vəzifəyə təyin olunan polis daxili təhlükəsizlik şöbəsinin müdiri Robert Smbatyanın artıq vəzifəsindən azad edildiyini bildirib.

Bir qayda olaraq, bu vəzifəyə polis rəisinin ən etibarlı adamları təyin olunur və polis rəisi istefa verdikdə daxili təhlükəsizlik şöbəsinin müdiri də uzaqlaşdırılır. Ötən şənbə günü Qeqarkunik və Vayots Dzor bölgələrinin şöbə müdirləri vəzifələrindən azad edilib və bu günə qədər yerləri hələ də boşdur.

Bəzi məlumatlara görə, polis rəisi Arman Sarkisyan özündən əvvəlki polis rəisinin kadrlarından yaxa qurtarmağı və "özününkü" hesab etdiyi adamları əsas vəzifələrə təyin etməyi planlaşdırıb. Bir neçə gün əvvəl “köhnə” kadrlardan biri, Araqasotna da vəzifəsindən azad edilib və yerinə isə A.Sarkisyanın öz tələbə yoldaşı Vaan Axqaşyan təyin edilib. Məlumata görə, Syunik bölgəsinin polis rəisi Qevork Azizyan da onun sinif yoldaşıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə