"Dövlət siyasətinin əsasında insan kapitalı, insan amili dayanır" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Respublikasının dövlət siyasətinin liderliyində insan kapitalı, insan amili dayanır. Son illər insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər görülür". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

“Prezident seçkilərindən sonra biz bir daha bunun əyani şahidi olduq ki, cənab Prezidentin 2003-cü ildən indiyə qədər apardığı siyasətin mərkəzində məhz insanların sosial rifahının yaşılaşdırması dayanır. Qeyd edim ki, 2019-cu ildə canab Prezident tərəfindən iki dəfə mühüm sərəncamlara imza atılıb. Bu ilin yanvar ayında minimum orta əmək haqqı 130 manatdan 180 manata çatdırıldı və 6 ay keçməmiş 2019-cu ilin iyun ayında növbəti inqilabi sərəncamlar imzalandı. Xüsusi ilə vurğulamaq istərdim ki, hərbiləşmiş mərkəzi icra orqanlarında çalışanlar, eyni zamanda onların tabeliyində çalışanların hər birinin orta hesabla 40% əmək haqqlarının artırılması ilə bağlı, həmçinin müəllimlərin əmək haqqının 20% artırılması ilə bağlı sərəncamlar imzalandı".

Deputat həmçinin onu da bildirdi ki, bütün bunlarla yanaşı bu il ərzində minimum pensiyaların 160 manatdan 200 manata çatdırıması və minimum əmək haqqının 180 manatdan 250 manata çatdırılası ilə bağlı müvafiq sərəncamlar verilib. Təkcə 2019-cu ilin 6 ayında mimum əmək haqqları və pensiyalar 2 dəfə artıb. O cümlədən insanların sosial rifah halının yaxşılaşdırılması ilə əlaqədər digər tədbirlər də nəzərdə tutulur. Şəhid ailələrinə birdəfəlik müavinətlərin 11 000 manat və problemli kreditlərin xərci istiqamətində cənab Prezident tərəfindən dünyada analoqu olmayan sərəncamın imzalanması bir daha Azərbaycanda sosial siyasətinin nə qədər yüksək səviyyədə qurulmasından xəbər verir".

Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə