Bu gün Azərbaycan Milli Elmlər Akademiyasına yeni prezident seçiləcək. SİA-nın xəbərinə görə, saat 16:00-da başlayacaq seçkilər nəticəsində Akademiyanın yeni rəhbərinin adı məlum olacaq.
Namizədlər arasında AMEA-nın vitse-prezidenti Nərgiz Paşayeva, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəylinin adı çəkilir. Onlardan birinin Akademiyanın yeni prezidenti seçiləcəyi gözlənilir.

Qeyd edək ki, AMEA-nın prezidenti Akif Əlizadə səhhəti ilə əlaqədar vəzifəsindən istefa verib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə