Ermənistanda repressiyalar davam edir

Keçmiş nəqliyyat və rabitə naziri Qurgen Sarkisyan "Şimal-Cənub Nəqliyyat Dəhlizi" layihəsinin hazırlanması və icrası zamanı qanun pozuntuları ilə əlaqədar Ermənistan İstintaq Komitəsinin Xüsusi Əhəmiyyətli İşlər üzrə İstintaq Baş İdarəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində nəzarətə götürülüb. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, müstəntiq, Qurgen Sarkisyana qarşı həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırıb. Bu gün, 22 oktyabr tarixində Cinayət Apelyasiya Məhkəməsi prokurorluğun şikayətini təmin edib və Qurgen Sarkisyana qarşı həbs qətimkan tədbiri seçmə qərarı verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə