Rusların Njde xəyanətinə qəzəbindən ermənilər qorxuya düşüb

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qaregin Njde məsələsinə bir daha toxunub. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, həftəlik brifinqlər zamanı Zaxarova, yerli sakinlərin Njdenin şərəfinə qoyulmuş xatirə lövhəsini erməni kilsəsinin divarından sökməsi tələbi ilə bağlı sualları cavablandırıb və qeyd olunub ki, Dövlət Dumasının deputatı Leonid Kalaşnikov bu məsələ ilə məşğul olacağına söz verib.

Məlumatda qeyd olunur ki, Rusiya Xarici İşlər Nazirliyinin mənfi qiymətləndirməsi İrəvanda Njdeyə abidə ucaldılmasından sonra özünü göstərib. Qeyd olunur ki, Njde Rusiyada Erməni Legionunu yaradan və Nasist Almaniyasının ortağı sayılır. Saytda Rusiya tərəfi də ermənilər tərəfindən hədəfə alınır və ermənilər rusları, Rusiya dövlətini 1921-ci ildə guya Ermənistana məxsus olan torpaqları Türkiyəyə hədiyyə verməkdə ittiham edir. Həmçinin qeyd olunur ki, Njdenin timsalında ermənilərə olan bu münasibət Azərbaycan Prezidentinin Aşqabaddakı çıxışından sonra peyda olub və Rusiya tərəfi Prezident İlham Əliyevin söylədiklərini qəbul edib və hətta onu təkrarlamaqla məşğuldur.

Bir sözlə, ermənilər rusların Njdenin timsalında erməni xəyanətlərinə qəzəbindən qorxuya düşüb və Ermənistan cəmiyyətində Rusiya qorxusu özünü göstərməkdədir. Çünki, hər zaman və hər sahədə Rusiyadan asılı olan Ermənistan üçün rusların qəzəbi onların süqutu deməkdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...