Artak Naxapetyan Ermənistan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətinin direktoru vəzifəsindən azad edilib. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Artak Naxapetyan Ermənistan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətinin direktoru vəzifəsindən Ermənistan Respublikası baş nazirinin qərarı ilə azad edilib.

Məlumatda qeyd olunur ki, Nikol Pashinyanın qərarı Ermənistan hökumətinin e-gov.am saytında da yayımlanıb. Yayımlanan məlumatda bildirilir ki, Naxapetyan "Hökümət orqanları haqqında Ermənistan Respublikası Qanunu”nun 7-ci maddəsinin 6-cı hissəsini rəhbər tutaraq azad edilib. Göründüyü kimi, bu qərar şəxsən erməni baş nazir tərəfindən verilib və bu da onu deməyə əsas verir ki, Nikol Paşinyan daha bir məmuru qovub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə