Cənab Prezidentin bu addımı avanqard addımlar sırasında dəyərləndirilməlidir ÖZƏL-MÜNASİBƏT

Ölkə Prezidenti öz mövqeyini ortalığa qoydu və bütün komanda üzvlərinin onu dəstəkləməsi sevindirici olmaqla yanaşı, həm də bir nümunədir. Bunu SİA-ya verdiyi müsahibəsində Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, bu nümunə göstərir ki, Prezidenti onun komandasının üzvləri nə dərəcədə və necə dəstəkləyir.

“Elə başa düşürəm ölkə Prezidenti düzgün yoldadır. Ölkə başçısı yaşlı, kifayət qədər yaşı olan, təqaüd yaşına çatmış məmurlar üçün də yəqin ki, nə isə bir şey fikirləşir ki, onların bacarığından, təcrübəsindən gənclər necə istifadə eləsin. Amma ən vacibi odur ki, ölkə Prezidenti baş nazir təyinatında bildirdi ki, ölkədə həm iqtisadi islahatlar getməlidir, həm də kadr islahatları getməlidir. Özü kadr islahatlarını bu qaydada başladı ki, sabah hansısa digər bir vəzifəli işdən çıxarılanda işdən çıxarılan işdən sıxarandan inciməsin. Desin ki, ölkə Prezidenti belə bir addım atıb. Bu elə özü də ölkə başçısının, Prezidentin cəsarət nümunəsidir. Yeri gəlsə, bu həmçinin şəxsi planda da bir cəsarət nümunəsidir. Mən əminəm ki, ölkə Prezidentinin bu addımı avanqard addımlar sırasında dəyərləndirilməlidir və çox yaxın zamanlarda da cəmiyyətimiz üçün faydası olacaq”, - deyə Mübariz Əhmədoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə