“Ermənistan həmişə qeyri-obyektiv mövqedə olub" ÖZƏL-MÖVQE

“Ermənistan həmişə qeyri-obyektiv mövqedə olub. Düşmən həmişə bir məsələni yalandan saxtalaşdırır və buna özlərini, dünyanı inandırmağa çalışırlar. Həmçinin Qarabağla bağlı da ermənilər əvvəlcə dünyaya car çəkdilər ki, həmin ərazilər ermənilərindir, bunun alınmadığını gördükdə isə albanların tarixini özününkiləşdirməyə başladılar. Bir sözlə, bu, ermənilərin genetik yaddaşında olan bir məsələdir”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

“Bildiyimiz kimi Ermənistanın baş naziri Nikol Paşinyan Qərbin küçədən gətirdiyi adamdır. Bu keçmiş sovet respublikalarında sınaqdan keçirilmiş bir siyasətdir, həmin siyasət Ukraynada, Qazaxıstanda, Gürcüstanda özünü doğrultmadı və indi də eyni siyasət Ermənistanda aparılır”-deyə, politoloq deyib.

O həmçinin qeyd edib ki, Amerika tərəfi bu insanları Ermənistana gətirməklə bir növ ölkəni qarışdırır: “Əsas məqsəd isə bundan iqtisadi gəlir əldə etməkdir. Göründüyü kimi Ermənistan da onların bir siyasi lahiyəsidir. Bəllidir ki, Ermənistanın iqtisadi gücü yoxdur. Onlar Cənubi Qafqazı ələ keçirmək istəyirlər və bu səbəbdən Ermənistandan bir alət kimi istifadə edirlər. Çünki bilirlər ki, Ermənistan Azərbaycan ərazisini işğal edib. Həmçinin hakimiyyətə Paşinyanın gətirilməsi ilə siyasi təziqi artırırlar elə bu səbəbdən də son zamanlar ölkədə siyasi sabitliyin pozulması cəhdləri onu göstərir ki, bizim müxalifət ABŞ-ın Azərbaycandakı səfirliyinin işçisi ilə danışıqlar aparır. Bütün bunlar onu göstərir ki, onlar köhnə siyasətin davamını həyata keçirmək niyyətindədirlər. Hesab edirəm ki, bu onların problemləridir”.

Politoloq xatırladıb ki, Azərbaycanın Qarabağla bağlı atacağı addımlar bütün hallarda dövlət səviyyəsində həll olunan bir məsələdir: “Amma vurğulayım ki, Azərbaycan Ordusu kifayət qədər güclüdür. Əksər müharibələrin sonu sülhlə qurtarır, lakin bizim Ermənistanla sülh bağlamağımız mümkünsüzdür. Yalnız ətraf rayonlar işğaldan azad olunandan sonra biz Ermənistanla hər hansı danışıq masasına otura bilərik. Hələ ki, bu mümkünsüzdür. Çünki Rusiyanın bu bölgədə maraqları var. Rusiya zaman-zaman Azərbaycanın maraqlarını Ermənistana satıb və bu gün də bunu davam etdirir”.

C.Nuriyev sonda əlavə edib ki, bu gün münasibətimizdə gərginlik yoxdur, lakin bu da Rusiya tərəfindən siyasi gedişdir: “Azərbaycan Rusiya ilə razılaşdırmamış hər hansı addımı atsa, Azərbaycanın yeni əraziləri işğal oluna bilər, Azərbaycanda hakimiyyət dəyişiklikləri baş verə bilər və daha çox Rusiyanın mövqeyində olan insan hakimiyyətə gətirilə bilər. Bu səbəbdən Qarabağla bağlı fikir bildirmək çətindir”.

Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə